Avqustun 25-də ölkə ərazisində qeydə alınan 57 cinayətin, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 16 faktın açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 121 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 101-i borclu şəxs qismində axtarışda olub.
Bundan başqa, narkotiklərlə əlaqəli 23 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

