Azərbaycanda ötən sutka ərzində cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları sentyabrın 18-də ölkə ərazisində qeydə alınan 62 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin üstünü açıblar.

