Bakının Qaradağ rayonunda bir neçə gün əvvəl məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin qəsdən yandırılması ilə bağlı daha bir nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Fuad İbrahimovun tanışı İlkin Novruzov müəyyən edilərək saxlanılıb.
Onun da sözügedən cinayətdə iştirak etdiyi müəyyənləşdirilib.
İlkin Novruzov barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı başlanmış cinayət işi üzrə hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.

