Yardımlı rayonunda üç nəfər saxlanılıb, onlardan 16 kiloqram narkotik vasitə və 1340 ədəd narkotik tərkibli həb aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş V.Şahbazov, İ.Abışov və N.Məmmədli saxlanılıblar.
Saxlanılan şəxslərdən ümumilikdə 16 kiloqram narkotik vasitə və 1340 ədəd narkotik tərkibli həb aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.

