Azərbaycandan Rusiyaya dövlət sərhədini qanunsuz keçməyə cəhd edən Pakistan vətəndaşı saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, sərhəd pozucusu “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində saxlanılıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

