Bakının Yasamal və Nəsimi rayonlarında motosikletlərin qaçırılması, skuter və velosiped oğurluqları ilə bağlı polisə müraciətlər daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Yasamal rayonunda müxtəlif vətəndaşlara məxsus motosikletləri qaçırmaqda şübhəli bilinən Y.Bağırov, T.Dəmirov və M.Qədirov saxlanılıblar.
Araşdırmalar zamanı M.Qədirovun paytaxtın digər rayonlarında da oxşar əməllər törətdiyi müəyyən edilib.
Nəsimi rayonunda isə 1800 manat dəyərində skuter və 2500 manatlıq velosiped oğurlamaqda şübhəli bilinən Q.Abbasov və əvvəllər məhkum olunmuş V.Cəfərov saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

