Bakının Nərimanov rayonunda marketlərdən, eləcə də vətəndaşlara məxsus velosiped və mobil telefonların oğurlanması ilə bağlı 4 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, rayonun müxtəlif ərazilərindəki marketlərdən oğurluq edilməsi, bir nəfərin velosipedinin, digər şəxsin isə 2 mobil telefonunun talanması barədə polisə müraciətlər daxil olub.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisələri törətməkdə şübhəli bilinən V.Cəfərov, T.Cəfərov, S.Mahmudov və əvvəllər məhkum olunmuş D.Qasımov saxlanılıblar.
Araşdırmalar zamanı müəyyən edilib ki, zərərçəkənlərə ümumilikdə 5000 manatdan çox maddi ziyan dəyib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

