Bakının Nizami rayonunda şirkətlərdən birinə məxsus anbardan 51 min manat dəyərində kombi oğurlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R. Tərlanlı, K. Əsgərov, A. Abışov və N. Əhmədov saxlanılıblar.
Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər anbardan ümumi dəyəri 51 min manat olan 48 ədəd kombi oğurlayıblar.
Faktla bağlı araşdırma davam etdirilir.

