Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Bakı, Gəncə və Sumqayıt şəhərlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçiriblər.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyatlar nəticəsində Orxan Quliyev, Məhərrəm Seyidov, Mircəfər Abuşov, İsmayıl Məmmədov, Muraz Məmmədov, Mirzə Mənafov və Elvin Əliyev saxlanılıblar.
Saxlanılan şəxslərdən ümumilikdə 82 kiloqram narkotik vasitə və 6365 ədəd narkotik tərkibli həb aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı həmin şəxslərin xaricdə yaşayan narkotik alverçilərinin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

