Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Bakının Qaradağ və Suraxanı rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçiriblər.
DİN-in mətbuat xidmətinin məlumatına görə, tədbirlər nəticəsində əvvəllər narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Ceyhun Heydərov, Məhərrəm İbrahimov və Elvin Əsgərov saxlanılıblar.
Onlardan ümumilikdə 46 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb.
İlkin araşdırmalara əsasən, saxlanılan şəxslər xaricdə yaşayan narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olublar.
Faktla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

