Moskvanın Zamoskvoretski Məhkəməsi üç yeniyetmə miqrantı həbs edib.
Den.az Rusiya mediasına istinadla bildirir ki, onlar rusiyalı həmyaşıdlarını döyməkdə ittiham olunurlar. Döyülmə hadisələrinin Aviapark ticarət mərkəzində və Ximkidəki məktəblərdən birinin ərazisində baş verdiyi bildirilir.
Məlumata görə, həbs olunanlar 1 Tacikistan əsilli və 2 etnik azərbaycanlıdır. İş üzrə təqsirləndirilən şəxslər yetkinlik yaşına çatmayanlar olduğundan həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclası qapalı keçirilib. Məhkəmə onların barəsində dekabrın 18-dək həbs-qətimkan tədbiri seçib.
Yerli medianın yazdığına görə, onlar heç bir səbəb olmadan rusiyalı həmyaşıdlarına hücum edərək onları döyüblər. Bu barədə sosial şəbəkələrdə video yayılıb. Videonu da hadisəni törədənlərin özlərinin çəkdiyi bildirilir.
Moskvada azərbaycanlı uşaqlar həbs edildi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.