Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyindən Den.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 40-cı və 5-ci polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini S.Tağıyeva saxlanılıb. Ondan metamfetamin aşkar olunaraq götürülüb.
Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən paytaxt sakini Bahadur Vəliyev də müəyyən olunaraq saxlanılıb. Ondan çəkisi 2 kiloqram 65 qram marixuana götürülüb.
Davam etdirilən tədbirlərlə B.Vəliyevə narkotik vasitəni satmaqda şübhəli bilinən Xırdalan şəhər sakini Nurlan Tağıyev də müəyyən olunaraq saxlanılıb. Ondan 2 kiloqram 167 qram marixuana, yaşadığı evə baxış zamanı isə 13 qramdan artıq heroin, 20 qrama yaxın metamfetamin və metadon həbi aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
Bakıda qadın narkotiklə tutuldu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.