Paytaxt ərazisinə külli miqdarda narkotik vasitə və həblər gətirmək istəyən şəxs Cəlilabadda saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Den.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Azər Hüseynov saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki torbadan 5 kiloqram 330 qram marixuana, 150 qram heroin və 150 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı saxlanılan şəxsi həmin narkotik vasitəni xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi və Bakı şəhəri ərazisinə çatdırmaq tapşırığı aldığı müəyyən edilib. A.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Bakıya narkotik vasitə gətirən şəxs saxlanıldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.