Adolf Hitlerin çənəsinin fotosu yayılıb.
Den.az xəbər verir ki, bu barədə Rusiya İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçeva öz teleqram kanalında paylaşım edib.
“Bu çənə Federal Təhlükəsizlik Xidmətinin arxivində saxlanılan əsas artefaktdır. Məhz bu, Hitlerin intihar etməsinin və qalan günlərini heç yerdə keçirməməsinin əsas sübutu hesab olunur”, – o yazıb.
Merkaçeva əlavə edib ki, arxivdə 1945-ci ildə Adolf Hitler haqqında açılmış kəşfiyyat faylı da var.
Məlumata görə, Hitlerin çənəsi “Gvardiya” siqaret qutularında saxlanılır.