Payızın ilk ayı – sentyabr, bir çox insanlar üçün yenilənmə və yeni başlanğıclar dövrü olur. Ulduzlar da bəzi bürclərin tərəfində dayanaraq onlara həm sevgi, həm də karyera sahəsində uğurlar vəd edir.
Denmedia.az həmin bürcləri təqdim edir:
Qız bürcü (23 avqust – 22 sentyabr)
Bu ay tam olaraq Qızların dövrüdür. Daxili gücünüz artacaq, qarşıya qoyduğunuz məqsədlərə daha inamla irəliləyəcəksiniz. Karyerada uğurlar, şəxsi həyatda harmoniya sizi gözləyir.
Buğa bürcü (20 aprel – 20 may)
Sentyabr Buğalara bolluq və sabitlik gətirəcək. Maliyyə məsələlərində irəliləyiş, həmçinin yeni sevgi münasibətləri gündəmdə olacaq. Özünüzə və instinktlərinizə güvənin.
Əqrəb bürcü (23 oktyabr – 21 noyabr)
Əqrəblər üçün bu ay yenilənmə və dönüş ayıdır. Köhnə problemlər geridə qalır, yeni fürsətlər qapınızı döyür. Əhvalınız yüksələcək, münasibətləriniz sabitləşəcək.
Balıqlar bürcü (19 fevral – 20 mart)
Yaradıcı enerjiniz pik nöqtəyə çatacaq. Sevdiklərinizlə münasibətlər dərinləşəcək, emosional sabitlik hiss edəcəksiniz.