Bu həftəsonu – 12 və 13 iyul tarixlərində bürclər səmadan gələn enerjilərdən müxtəlif şəkildə təsirlənəcək.
Den.az xəbər verir ki, planetlərin düzülüşü bəzi bürclərin həyatında mühüm dönüş nöqtələrinə və gözlənilməz imkanlara səbəb olacaq. Astroloqlar bu iki gün ərzində xüsusilə bəzi bürclərin şansının açılacağını vurğulayır.
Budur 12-13 iyul tarixlərində ulduzların dəstəyini arxasına alan ən şanslı 4 bürc:
Əqrəblər üçün bu həftəsonu güclü transformasiya və yenilənmə dövrü olacaq. İstər şəxsi həyat, istərsə də karyera ilə bağlı əhəmiyyətli qərarlar uğurla nəticələnə bilər. Hisslərinizə güvənin, intuisiya sizi doğru istiqamətə yönəldəcək.
Buğaları gözəl sürprizlər və maddi qazanc gözləyir. Maliyyə məsələlərində uğurlu fürsətlər gündəmə gələ bilər. Eyni zamanda ailə və sevgi münasibətlərində harmoniya artacaq, arzuladığınız dəstəyi ətrafınızdan görəcəksiniz.
Oxatan bürcü altında doğulanlar üçün səyahət, təhsil və şəxsi inkişafla bağlı müsbət enerjilər aktivləşəcək. Yeni tanışlıqlar həyatınıza rəng qata bilər. Həftəsonu risk etməkdən çəkinməyin – ulduzlar sizdən yanadır.
Balıqlar bu həftəsonu daxili sükunət və rahatlıq tapacaq. Eyni zamanda yaradıcı işlərlə məşğul olmaq üçün əla vaxtdır. Gözlənilmədən gələn xoş xəbərlər motivasiyanızı yüksəldəcək. Sevgi sahəsində isə romantik anlar mümkündür.