Sink insan orqanizmi üçün vacib minerallardan biridir, lakin onun həddən artıq qəbulu dəmirin və misin sorulmasına mane olur, bu da anemiyaya, zəifliyə və sümüklərdə problemlərə səbəb ola bilər.
DenMedia.az xəbər verir ki, əksər hallarda sinkin artıq dozası nə qidalanma, nə də təbii yollarla, nəzarətsiz bioloji əlavələrin qəbulu nəticəsində baş verir.
Gündəlik normadan artıq – yəni 40 mq-dan çox sink qəbul etmək uzunmüddətli fəsadlara yol aça bilər.
❗ Artıq sinkin simptomları:
-
Ürəkbulanma
-
Qarın ağrısı
-
İshal
-
Baş ağrıları
-
İştahsızlıq
-
Dəmir və mis çatışmazlığı
-
Lipid (yağ) mübadiləsinin pozulması
-
Ateroskleroz riski
Sink səviyyəsinin normal qalması üçün heyvan mənşəli məhsulların balanslı qəbulu, eləcə də bitki mənşəli mənbələrin düzgün seçimi və əlavələrin həkim nəzarəti altında qəbulu tövsiyə olunur.