Daim şokolad və ya şirniyyata meyil edənlər çoxdur. Amma şirniyyat istəyinə nəzarət etmək mümkündür — bunun üçün sadəcə bəzi vərdişləri dəyişmək kifayətdir. Cəmi 7 gün ərzində bu asılılıq nəzərəçarpacaq dərəcədə azalır.
🔹 1-ci gün:
Şirniyyatı meyvələrlə əvəz edin – xüsusən banan və alma ilə. Onlar təbii şəkərlə bədəni doyuzdurur.
🔹 2-ci gün:
Qidalanmaya zülal əlavə edin – yumurta, balıq və ya kəsmik sizi daha uzun müddət tox saxlayacaq.
🔹 3-cü gün:
Bol su için – bəzən bədən susuzluğu şəkər istəyi ilə qarışıq qəbul edir.
🔹 4-cü gün:
Yaşıl çay və az miqdarda tünd şokolad istəyə nəzarət etməyə kömək edir.
🔹 5-ci gün:
Sürətli karbohidratları (bulkalar, konfetlər və s.) tamamilə çıxarın, sadəcə sağlam qəlyanaltılarla əvəz edin.
🔹 6-cı gün:
Yuxuya diqqət edin. Yuxusuzluq şəkər istəyini gücləndirə bilər.
🔹 7-ci gün:
Orqanizm yeni qidalanma rejiminə uyğunlaşır, və şirniyyata olan maraq xeyli azalır.
Bu bir həftəlik mini kurs, şəkərdən asılılığı azaltmağa və daha şüurlu qidalanmağa yardım edir.