Şopinq asılılığı — alkoqolizm və hətta narkomaniya kimi formalaşan davranış asılılığıdır.
DenMedia.az xəbər verir ki, bunu *“Radio 1”*ə verdiyi müsahibədə psixoloq Kardiakos bildirib. Onun sözlərinə görə, impulsiv alış-veriş meyli beynin mükafatlandırma sistemi ilə əlaqəlidir.
“Beynin zövq və motivasiya mərkəzi — mükafat sisteminin əsas hissəsidir. İnsan istədiyi bir şeyi əldə edəndə beyində dopamin ifraz olunur, bu da sevinc və gözlənti hissi yaradır.” – deyə Kardiakos izah edib.
Psixoloq əlavə edib ki, alış-veriş çox vaxt mənfi emosiyaları boğmaq cəhdinə çevrilir.
Şopinq anında narahatlıq azalır, lakin təsir keçdikdən sonra insan yenidən bu “dopamin dozasını” almaq üçün mağazalara üz tutur.
“Beləcə, insan asılılıq dövrünə düşür — qısamüddətli rahatlıq, ardınca peşmanlıq və növbəti impulsiv alış,” – deyə mütəxəssis xəbərdarlıq edib.