ndokrinoloq, tibb elmləri doktoru Züxrə Pavlova bildirib ki, gecə yuxunun tez-tez bölünməsi və oyanmalar bir sıra ciddi səbəblərlə əlaqəli ola bilər. DenMedia.az xəbər verir ki, o bu barədə Telegram kanalında yazıb.
Onun sözlərinə görə, yuxu zamanı tez oyanmaların başlıca səbəbləri stress, yuxu apnesi (gecə nəfəsin dayanması) və ya qanda qlükoza səviyyəsinin dəyişməsi ola bilər.
Pavlova belə insanlara məsləhət görür ki, axşam saatlarında az maye içsinlər, alkoqoldan uzaq dursunlar, qan şəkərini yoxlasınlar və yuxu zamanı nəfəsin normal olub-olmadığını izləsinlər.
Əgər bu tədbirlər kömək etməzsə və insan gündüzlər yuxululuq və yorğunluq hiss edir, lakin dərman qəbul etmədən yata bilmir, mütəxəssis hesab edir ki, belə halda mütləq həkimə müraciət etmək və gündəlik rejimi yenidən nəzərdən keçirmək lazımdır.