ABŞ milyarderi Cefri Epşteynlə əlaqələrinə dair yeni təfərrüatların üzə çıxmasından sonra şahzadə Endryu və onun keçmiş həyat yoldaşı Sara Ferqyuson Royal Lodge malikanəsini tərk etməyə hazırlaşırlar.
Bu barədə marieclaire.ru yazır.
Sara Ferqyuson artıq ikinci dəfə şahzadədən ayrılmağa — dəqiq desək, onunla birgə yaşadığı evdən köçməyə hazırlaşır. Cütlük ilk dəfə 1996-cı ildə boşandıqdan sonra ayrılmış, lakin 2004-cü ildən bəri eyni mülkdə – Royal Lodge-da yaşayırdı.
Mənbələrin sözlərinə görə, Epşteyn qalmaqalının yenidən qızışması və ictimai narazılığın artması fonunda kral III Karlın cütlüyü mülkdən çıxmağa məcbur edə biləcəyi istisna edilmir.
Buna cavab olaraq, Endryu və Sara iki ayrı evlə təmin olunmaq kimi cəsarətli bir şərt irəli sürüblər. Şahzadə Sasseks hersoqlarına məxsus olmuş “Frogmor” mülkünə, Ferqyuson isə tezliklə boşalacaq “Adelaide” kottecə maraq göstərir.
Bu tələblər Böyük Britaniyada və kraliyyət müşahidəçiləri arasında ciddi qəzəb doğurub.
PR üzrə ekspert Riçard Fitsvilyams bildirib:
“Əgər onlar iki ev istəməklə nəsə əldə edə biləcəklərinə inanırlarsa, deməli hələ də fantaziya dünyasında yaşayırlar. Sara Ferqyuson artıq illərdir rəsmi vəzifə daşımır və tac mülkiyyəti üzərində heç bir hüquqa malik deyil,” — deyə o vurğulayıb.
Fitsvilyams əlavə edib ki, Ferqyusonun Epşteynə ünvanladığı məktub (orada o, milyarderdən üzr istəyir və onu “dost” adlandırır) onun reputasiyasına ciddi zərbə vurub.
Ekspertə görə, “Sara və Endryunun ‘xoşbəxt boşanması’” əslində ümumi maraq və var-dövlət üzərində qurulmuşdu, və indi bu balans dağıldığı üçün onlar ayrı yollara gedəcəklər.
Digər kraliyyət müşahidəçisi, yazıçı Endryu Louni isə HELLO! jurnalının podkastında bildirib ki, cütlük “radarlardan yoxa çıxmaq” üçün ölkəni tərk edə bilər.
“Əgər şahzadə Endryunun işi yenidən araşdırılsa və həbs riski yaransa, Royal Lodge məsələsi özü həllini tapacaq. Böyük ehtimalla o, ya Əbu-Dabidəki sarayına köçəcək, ya da İsveçrə vətəndaşlığı alacaq. Sara isə çox güman, İsveçrəyə gedəcək,” — deyə o qeyd edib.
Əgər bu ssenari reallaşsa, Sara Ferqyuson ikinci dəfə şahzadə Endryudan ayrı düşəcək.
Üstəlik, onun Londondakı 2022-ci ildə aldığı villanı 2025-ci ildə satdığı üçün daimi yaşayış məsələsi indi xeyli açıq qalır.
  və onun keçmiş həyat yoldaşı Sara Ferqyuson Royal Lodge malikanəsini tərk etməyə hazırlaşırlar.
Bu barədə Daily Mail yazır.