Yuxugətirici dərmanların nəzarətsiz qəbulu epileptik tutmalara, həmçinin ürək və sinir sistemi pozğunluqlarına səbəb ola bilər. Bu barədə 360.ru portalına somnoloq Yelena Tsaryova bildirib. Onun sözlərinə görə, bu cür preparatları alkoqolla birləşdirmək ölümcül nəticə verə bilər.
“Preparat əvvəlki dozalarda təsirini itirir və asılılıq riski artır. Bəzi insanlarda yuxugətirici dərmanlardan sonra xroniki xəstəliklər kəskinləşə bilər. Sakitləşdirici təsirli preparatlar kifayət qədər ciddi dərmanlardır,” – deyə Tsaryova xəbərdarlıq edib.
Mütəxəssis əlavə edib ki, yuxugətirici dərmanlar xüsusilə yaşlı insanlar üçün təhlükəlidir. Belə preparatların uzunmüddətli qəbulu onlarda xərçəng və yuxu pozğunluqları riskini artırır.

