Android platformalı smartfonlarda təxirəsalınmaz zəngləri xüsusi işarə ilə qeyd etmək funksiyası istifadəyə verilib.
Bu barədə The Verge məlumat yayıb. Gələcəkdə zəngin səbəbini göstərmək imkanı da əlavə olunacaq.
Yeni funksiya istifadəçiyə zəngi “təcili” nişanı ilə işarələməyə imkan verir və bu işarə qarşı tərəfin ekranında görünür. Google nümayəndələri bildiriblər ki, bu xüsusiyyət insanların bir-birini əvvəlcədən vacib zəng haqqında xəbərdar etməsinə, yəni zəngin nə dərəcədə təxirəsalınmaz olduğunu vurğulamasına şərait yaradacaq.
Jurnalistlərin sözlərinə görə, zəng səbəbinin tarixçədə də göstərilməsi gələcəkdə müəyyən bir məsələ ilə bağlı kiməsə geri zəng etməyi xatırladan faydalı qeyd rolunu oynaya bilər.

