Şəkər siropu ananasın konservləşdirilməsi zamanı onun faydasını demək olar ki, aradan qaldırır. Bu barədə dietoloq Andrey Bobrovski “Radio 1”ə açıqlamasında bildirib.
Mütəxəssis qeyd edib ki, istehsalçılar məhsulun saxlanma müddətini artırmaq üçün meyvənin qida dəyərini qurban verirlər. Onun sözlərinə görə, yüksək konsentrasiyalı şirin siropda olan konservləşdirilmiş məhsullar sağlam seçim sayılmır.

Bobrovski vurğulayıb ki, bir vaxtlar ananasın əsas üstünlüyü hesab edilən və həzmi yaxşılaşdırdığı deyilən bromelain fermenti konservləşdirmə prosesinə davam gətirmir və demək olar ki, məhv olur.
Bundan əlavə, dietoloq bildirib ki, konservləşdirilmiş ananasın turşuluğu mədə-bağırsaq problemi olan insanlar üçün zərərli ola bilər. Belə şəxslərə bu məhsuldan uzaq durmaq tövsiyə edilir.

