Pomidorun müntəzəm istehlakı xərçəng xəstəliyinin inkişaf riskini azalda bilər. Bu barədə “Radio 1”ə müsahibəsində diyetoloq Andrey Bobrovski bildirib.
Onun sözlərinə görə, pomidorun tərkibində olan likopin adlı maddə ürək, damarlar və orqanizmin hüceyrələri üçün xüsusi əhəmiyyət daşıyır.
Likopin hüceyrələri qoruyur
Diyetoloq qeyd edib ki,
“Likopin güclü antioksidantdır. O, sərbəst radikalları neytrallaşdırır və hüceyrələri oksidləşdirici stressdən qoruyur. Məhz bu proseslər qocalmanın və bir çox xroniki xəstəliklərin əsasını təşkil edir”.
Hansi xərçəng növlərinə qarşı təsirlidir?
Bobrovskinin sözlərinə görə, likopinlə zəngin pomidorların müntəzəm qəbulu:
-
prostat xərçəngi
-
ağciyər xərçəngi
-
mədə xərçəngi
-
süd vəzi xərçəngi
riskinin azalmasına kömək edə bilər.
Təzyiq və dəri üçün də faydalıdır
Mütəxəssis əlavə edib ki, bu qida vərdişi arterial təzyiqin normada saxlanmasına, həmçinin ultrabənövşəyi şüaların zərərli təsirindən və erkən dəri qocalmasından qorunmağa da dəstək olur.

