Hamiləlik planlaşdıran qadınlar üçün anti-Müller hormonu (AMH) səviyyəsinin yoxlanılması vacibdir.
Bu barədə ginekoloq-endokrinoloq Liliya Afanasyeva bildirib.
Onun sözlərinə görə, bu hormon yumurtalıqların ehtiyatını göstərir və aşağı səviyyə hamilə qalmaqda çətinliklərə işarə edə bilər.
Mütəxəssis qeyd edib ki, qadının fertilitetini qiymətləndirmək üçün FSH, LH, estradiol, prolaktin, progesteron və testosteron kimi hormonlar da yoxlanılmalıdır.
“Əgər AMH səviyyəsi 1-dən aşağıdırsa, hamiləlik planını gecikdirməmək tövsiyə olunur”, — deyə Afanasyeva vurğulayıb.
Bundan əlavə, qalxanabənzər vəz hormonları (TSH, tiroksin, triyodtironin), həmçinin dəmir və D vitamini səviyyəsi də yoxlanılmalıdır.
Həkim həm qadın, həm də kişi üçün iltihabi proseslərin istisna edilməsinin vacib olduğunu qeyd edib.
Kiçik çanaq orqanlarının ultrasəs müayinəsi isə yumurtalıq ehtiyatının, follikulların sayının və mümkün patologiyaların müəyyən edilməsi üçün tövsiyə olunur.
Afanasyevanın sözlərinə görə, bu müayinələr hamiləlik planından təxminən 6 ay əvvəl və ya 6–12 ay ərzində hamiləlik baş vermədikdə aparılmalıdır.

