Yumurtalıq ehtiyatının aşağı olması və ovulyasiya pozuntuları qadınlarda hamilə qalmaqda çətinliyin ən geniş yayılmış səbəblərindən biridir. Bu barədə РИАМО-ya ginekoloq Yekaterina Matveeva məlumat verib. Onun sözlərinə görə, hamiləliyin baş tutmasına mane olan amillər arasında bir sıra ginekoloji xəstəliklər də mühüm rol oynayır. Bunlara endometrioz və uşaqlıq daxili patologiyalar daxildir.
Ovarial rezerv (yumurtalıq ehtiyatı)qadının yumurtalıqlarında mövcud olan yumurta hüceyrələrinin ehtiyatıdır və bu ehtiyat hələ qadın özü ana bətnində olarkən formalaşır. Zaman keçdikcə isə tədricən azalır.
“Ovarial rezerv həyat boyu azalır. Bu prosesə yaş, iltihabi xəstəliklər, qarın boşluğu əməliyyatları və yumurtalıqlara edilən tibbi müdaxilələr ciddi təsir göstərir”, — deyə Matveeva izah edib.
Ginekoloq əlavə edib ki, qadın sonsuzluğuna səbəb olan digər mühüm amillər arasında keçirilmiş infeksiyalar da var. Xüsusilə xlamidioz kimi cinsi yolla keçən xəstəliklər reproduktiv sağlamlığa ciddi zərər verə bilər.
Bundan başqa, zərərli vərdişlər, o cümlədən siqaret çəkmək, hamilə qalmaq ehtimalını azaldır. Xroniki stress isə psixogen sonsuzluğa səbəb ola bilər, — deyə mütəxəssis xəbərdarlıq edib.

