“Gazeta.ru”ya danışan ginekoloq Yuliya Lobaçeva bildirib ki, axşam saatlarında edilən hamiləlik testi yalnış nəticə verə bilər, buna görə testi səhər etmək daha düzgündür. Həkimin sözlərinə görə, hamiləliyin müəyyən edilməsi üçün xronionik qonadotropin hormonunun (XQH) konsentrasiyası ölçülməlidir.
Lobaçevanın sözlərinə görə:
“Səhər sidiyi bu test üçün ən uyğun variant sayılır, çünki daha konsentrasiyalı olur. Eyni zamanda çoxlu su içilərsə, XQH-nin sidikdəki səviyyəsi seyrəkləşə bilər.”
Həkim əlavə edib ki, hamiləlik testi istifadə edilərkən təlimata ciddi əməl etmək vacibdir. Test zolağını sidikdə lazımi müddət saxlamamaq və ya vaxtı keçmiş testdən istifadə etmək nəticəni yalnış göstərə bilər.

