Böyük Britaniya kral ailəsində gərginlik artıb. Şahzadə Uilyam həyat yoldaşı olan Kamillanı atası Kral III Karlın sağlamlığına daha çox diqqət yetirməyə çağırıb. Bu barədə The News məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, 43 yaşlı Uilyam ögey anasının Karl III-yə münasibətindən narazılığını dəfələrlə dilə gətirib.
“Uilyam atasını fəaliyyət tempini azaltmağa və sağlamlığına fokuslanmağa çağırır, lakin bu məsələ hər dəfə gərginlik yaradır, çünki Kamilla Karlın fəaliyyətini davam etdirməsini təşviq edir”
İnsayder qeyd edib ki, bu yanaşma fərqi Uilyam və Kamilla arasında davamlı münaqişəyə səbəb olur.

