Əl və ayaqlarda davamlı və ya mütəmadi yaranan keyimə travma, sinir zədələnməsi, onurğa və baş beyindəki pozuntularla əlaqəli ola bilər.
Bu barədə “Çempionat”a həkim Yelena Jurakovskaya bildirib.
Onun sözlərinə görə, keyimə nevrit və pleksit kimi sinir kələflərinin xəstəlikləri zamanı da yarana bilər.
Həkim qeyd edib ki, əl və ayaqlarda keyimə çox vaxt polineyropatiya – periferik sinirlərin fəaliyyətinin pozulması ilə əlaqəli olur.
Belə vəziyyət zəhərlənmə, alkoqoldan sui-istifadə, bəzi dərmanların qəbulu, toksik maddələrlə işləmək, həmçinin şəkərli diabet və onkoloji xəstəliklər fonunda inkişaf edə bilər.

Keyimənin digər mümkün səbəbləri arasında tunel sindromları, onurğa problemləri, dağınıq skleroz, onurğa beyni xəstəlikləri, insult, damar pozuntuları və şişlər də var.
Əgər keyimə tez-tez təkrarlanır, uzun çəkir və ya zəiflik, nitq pozuntusu, başgicəllənmə kimi digər əlamətlərlə müşayiət olunursa, həkim müayinəsi vacibdir.

