Siqaretdən imtina etmək infarkt riskini əhəmiyyətli dərəcədə azaltmağa kömək edir. Bu barədə Moskva vilayətinin Krasnoqorsk Klinik Xəstəxanasının kardioloqu Aleksandr Roqaçov NEWS.ru-ya bildirib.
Həkimin sözlərinə görə, siqaret çəkmək ürək-damar sisteminə zərər verən ən güclü müstəqil risk amillərindən biridir.

Roqaçov qeyd edib ki, tütün tüstüsünün tərkibindəki maddələr damarların daxili qatını zədələyir, iltihabi dəyişikliklərə səbəb olur, qanın laxtalanmaya meyilliliyini artırır və toxumalara oksigenin çatdırılmasını pisləşdirir.
“Hətta yüksək qan təzyiqi və ya yüksək xolesterin olmadığı halda belə, siqaret çəkmək özü-özlüyündə ürək-damar xəstəlikləri riskini ciddi şəkildə artırır”, – kardioloq bildirib.

