Abşeron rayonunun Xırdalan şəhərindəki yaşayış massivinin birində manyak peyda olub.
Den.az Oxu.az-a istinadən xəbər verir ki, bu iddia ilə qorxudulan uşaqlardan birinini anası sosial şəbəkələrdə paylaşım edib.
Valideynin sözlərinə görə, öz oğlu da daxil olmaqla əksər uşaqlar dünəndən etibarən təşviş içindədirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, görüntülərdən məlumatlıdırlar. Aidiyyəti üzrə araşdırma aparılır.