12 
dek
2023
14:00
182

Hədə-qorxu ilə tələb etmədə ittiham olunan kanal rəhbəri saxlanıldı

12 dek, 2023
14:00
182

Hədə-qorxu ilə tələb etmədə ittiham olunan kanal rəhbəri saxlanıldı

Kanal-11 internet televiziyasının rəhbəri Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Den.az xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələbetmə maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı faktı təsdiqləyib.

Bizimlə əlaqə saxlayın


Çox oxunanlar