Hüquq-mühafizə orqanları "Hurriyyet TV"də əməliyyat keçirib.
Denmedia.az bakupost.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı "Hürriyyət" qəzeti, eyniadlı Hurriyyet.az saytı və "Hurriyyet TV"nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.
Qeyd olunub ki, həmçinin "Hurriyyet TV"nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb. Bu əməliyyatın Ramiz Mehdiyevlə bağlı ola biləcəyi ehtimal edilir.

