Qaxda baş verən silahlı insidentin təfərrüatları bəlli olub.
Den.az Unikal-a istinadla xəbər verir ki, rayonun Almalı kənd sakini 1992-ci il təvəllüdlü Turan Kamil oğlu Məmmədovla onun qohumu Dəymədağlı kənd sakini Cavanşir Məmmədovun arasında mübahisə yaranıb. Mübahisə zamanı Cavanşir Turanı ov tüfəngi ilə ayağından güllələyib. Yaralı dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
Mübahisənin qısqanclıq zəmnində baş verdiyi ehtimal olunur.
Qeyd edək ki, Turan Məmmədovla Cavidan Məmmədov yaxın qohumdurlar və hər ikisi "Bank Respublika"nın Qax filialında çalışırlar.
Faktla bağlı araşdırma aparılır.
***
Ötən gün axşam saatlarında Qax rayonunun Almalı kəndi ərazisində rayon sakini Turan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakupost.az -a verilən məlumata görə, ilkin araşdırma zamanı T.Məmmədova qohumu, 1991-ci il təvəllüdlü Cavidan Məmmədov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib. C.Məmmədov saxlanılıb və ondan cinayətdə istifadə etdiyi həmin ov tüfəngi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
"Bank Respublika"nın əməkdaşı iş yoldaşını GÜLLƏLƏDİ - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.