Denmedia.az xəbər verir ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidzenin RİA Novosti-yə verdiyi məlumata görə, keçmiş baş nazir İrakli Qaribaşvili də daxil olmaqla bir neçə sabiq yüksək vəzifəli şəxsə qarşı axtarış əməliyyatı aparılıb.
Əməliyyat nəticəsində 7 milyon dollardan çox pul, 198 ədəd zinət əşyası və bahalı saatlar, dəyərli rəsmlər və sənədlər müsadirə olunub.
Axtarışlarda təxminən 230 hüquq-mühafizə əməkdaşı iştirak edib. Qaqnidze bildirib ki, hazırda ələ keçirilən əşyalar və sənədlər ekspertiza üçün araşdırılır.
O əlavə edib ki, pulun mənşəyi müəyyən edildikdən sonra istintaq orqanları növbəti hüquqi tədbirlər və əməliyyat planlarını həyata keçirəcək.