Bakı 13-cü Ümumdünya Şəhər Forumunun WUF13 bağlanış mərasimi çərçivəsində növbəti forumun keçirilməsi hüququnu rəsmi olaraq Mexikoya təhvil verib.
Təqdimetmə mərasimi WUF13-ün yekun tədbiri zamanı baş tutub. Mərasimdə növbəti sessiyaya ev sahibliyi edəcək Mexiko şəhərinin videoprezentasiyası da nümayiş olunub.
Beləliklə, 14-cü Ümumdünya Şəhər Forumu WUF14 2028-ci ildə Meksikanın paytaxtı Mexikoda keçiriləcək.

