Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutqun olacaq, əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə və səhər saatlarında bəzi ərazilərdə duman gözlənilir. Səhər şimal-qərb küləyi güclənəcək, axşam isə tədricən zəifləyəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 15-18 dərəcə, gündüz isə 19-23 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən quru keçəcək. Lakin səhər saatlarından başlayaraq şimal və qərb rayonlarından etibarən bəzi yerlərdə qısamüddətli yağıntı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.
Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 6-11 dərəcə, gündüz 13-18 dərəcə, bəzi yerlərdə isə 20-25 dərəcə isti gözlənilir.

