2026-cı ilin yanvar–iyun aylarında Azərbaycanda 22 690 nəfərə proaktiv qaydada pensiya təyin edilib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, pensiya təyinatları yaşa, əlilliyə və ailə başçısını itirməyə görə həyata keçirilib.
Pensiya təyin olunan şəxslərin 54,53 faizini kişilər, 45,47 faizini isə qadınlar təşkil edib.

