Avqustun 28-də Azərbaycanda keçirilən əməliyyat tədbirləri nəticəsində dələduzluq cinayətləri ilə bağlı axtarışda olan 11 nəfər saxlanılıb və istintaqa təhvil verilib.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bundan başqa, polis əməkdaşları yaşayış yerlərini ailə üzvlərinə məlumat vermədən tərk etdikləri üçün əvvəllər itkin düşmüş kimi axtarışa verilən 16 nəfərin yerini müəyyən ediblər.
Həmin şəxslərin hamısı ailələrinə təhvil verilib.

