Azərbaycanda dələduzluqda şübhəli bilinərək axtarışa verilən 13 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 5 iyunda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlləri törətməkdə şübhəli bilinən və axtarışda olan 13 şəxs tutulub.
Saxlanılan şəxslərin hamısı istintaq orqanlarına təhvil verilib.
Bundan başqa, polis əməkdaşları tərəfindən ötən gün həyata keçirilən tədbirlər nəticəsində itkin düşmüş kimi axtarışa verilən 7 vətəndaşın yeri müəyyən edilib.
Məlumata görə, həmin şəxslər yaxınlarına xəbər vermədən yaşadıqları yerləri tərk ediblər. Tapılan şəxslər aidiyyəti üzrə təhvil verilib.

