Ötən sutka ərzində Azərbaycan polisi ölkə ərazisində qeydə alınmış 29 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin üstünü açıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olan 135 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Onlardan 113-ü borclu şəxs qismində, 10-u ailə üzvlərinə məlumat vermədən yaşayış yerini tərk etdiyinə görə itkin düşmüş şəxs kimi, daha 10 nəfər isə dələduzluqda şübhəli bilindiyinə görə axtarışda olub.
Bundan başqa, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 11 fakt, qanunsuz saxlanılan silah və sursatın aşkarlanaraq götürülməsi ilə bağlı isə 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

