Sentyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal edilir.
Cənub-şərq küləyi axşam saatlarında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18–21, gündüz isə 28–32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70–75%, gündüz isə 55–60% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günortadan sonra bəzi dağlıq ərazilərdə arabir yağış, ayrı-ayrı yerlərdə leysan, şimşək və dolu gözlənilir.
Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 16–21, gündüz 30–35 dərəcə isti, dağlarda isə gecə 11–16, gündüz 20–25 dərəcə isti olacaq.
Denmedia.az

