Sabah, sentyabrın 6-da, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulmuş, əsasən isə yağmursuz olacaq. Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış ehtimalı var. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Bakıda havanın temperaturu gecə 20–23, gündüz 27–32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70–75, gündüz 55–60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçsə də, bəzi dağlıq və dağətəyi ərazilərdə yağış, ayrı-ayrı yerlərdə qısamüddətli leysan, şimşək və dolu ehtimalı var. Milli Hidrometeorologiya Xidməti sentyabrın 6-sı gündüzdən başlayaraq bəzi şimal və qərb rayonlarında yağıntıların güclənə biləcəyi barədə də xəbərdarlıq edib.
Rayonlarda temperatur gecə 18–21, gündüz 30–35 dərəcə, dağlarda isə gecə 12–17, gündüz 20–25 dərəcə isti olacaq.
Denmedia.az

