Bakıda M2 ekspres avtobus marşrutunda yenilik tətbiq edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, “İnşaatçılar”, “Nizami” və “28 May” metro stansiyaları arasında hərəkət edən M2 ekspres avtobuslarına ikinci ödəniş validatorları quraşdırılır.
Yenilik sərnişinlərin avtobusa daha sürətli minməsini və dayanacaqlarda gözləmə vaxtının azalmasını təmin etmək məqsədi daşıyır.
Bunun sayəsində sərnişinlər avtobusa eyni anda həm ön, həm də orta qapıdan daxil ola biləcəklər.
Qeyd edək ki, oxşar sistem daha əvvəl M1 ekspres marşrutunda sınaqdan keçirilib və uğurlu nəticə verib.
Denmedia.az

