Sentyabrın 8-də Azərbaycanda hava şəraitinin dəyişkən keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacaq. Yarımadanın ayrı-ayrı ərazilərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal edilir. Gündüz saatlarında yağıntının tədricən kəsiləcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi səhər saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Bakıda havanın temperaturu gecə 18–20, gündüz isə 22–25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 60–70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə yağış gözlənilir. Ayrı-ayrı ərazilərdə intensiv leysan, şimşək və dolu, gecə saatlarında isə yağıntının bir qədər güclənməsi ehtimalı var. Yüksək dağlıq ərazilərdə yağıntının qara keçəcəyi proqnozlaşdırılır.
Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, qərb küləyi isə ayrı-ayrı yerlərdə güclənəcək.
Rayonlarda temperatur gecə 16–20, gündüz 25–28 dərəcə isti, dağlarda isə gecə 8–13, gündüz 15–20 dərəcə isti olacaq.
Denmedia.az

