Oktyabrın 24-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi ərazilərdə yağış yağacağı ehtimal edilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-17, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə leysan xarakterli güclü yağış, şimşək çaxması və dolu düşməsi ehtimalı var. Yüksək dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır.
Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 13-17, gündüz 18-22 dərəcə, dağlarda isə gecə 5-9, gündüz 9-14 dərəcə isti olacaq.

