“Ermənistanda zabit çatışmazlığına səbəb hərbçilərin ətrafında yaranmış ruh düşkünlüyü, Ermənistan ordusuna qarşı aparılan antitəbliğat və komandanlığa qarşı ittihamlar olub”.
Den.az xəbər verir ki, bunu hərbi ekspert Karen Vrtanesyan deyib.
“Son illər Ermənistanın hazırkı hakimiyyəti ordunu məhv etmək üçün hər şeyi edib. Bu, hakimiyyətin ardıcıl siyasətinin nəticəsidir”. ekspert qeyd edib.
Bir çox erməni zabitlərə qarşı cinayət işi açılıb. Onlar ordunu gözdən salırlar. Nəticə odur ki, insanlar bu şəraitdə xidmət etmək istəmirlər. Hərbçi ailələrinə dövlət dəstəyi və mənzil proqramları şamil edilmir. Dövlət səviyyəsində ordunun heç nəyə qadir olmadığı, zəifliyi təbliğ edilir. Ona görə də gənclər hərbi karyera seçməyə tələsmirlər. Ordu getdikcə daha çox alçaldılır”, – deyə Vrtanesyan vurğulayıb.
Günəş Fərəh
Den.az
" Ermənistanın hazırkı hakimiyyəti ordunu məhv etmək üçün hər şeyi edib" -Vrtanesyan

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.