noy
2023
21:26
158

"Ermənistan hökuməti bu zaman ordu generalları arasında ciddi müqavimətlə üzləşəcək" - ŞOK AÇIQLAMA

9 noy, 2023
21:26
158

"Ermənistan hökuməti bu zaman ordu generalları arasında ciddi müqavimətlə üzləşəcək" - ŞOK AÇIQLAMA

"Ermənistan müdafiə nazirinin birinci müavini Edvard Asryanın ABŞ-ın Avropa Komandanlığının Ştutqartdakı qərargahını ziyarət etməsi İrəvanın Kremlə qarşı növbəti demarşıdır. Asryan ziyarət zamanı ABŞ-ın Avropa komandanının müavini general-leytenant Stiven Başamdan xahiş edib ki, Ermənistan ordusunun islah edilməsində Pentaqon İrəvana dəstək versin". 

Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, belə qərarlar Vaşinqtonda verilsə də, amerikalı general erməni həmkarına vəd verib ki, Ermənistan hərbçilərinin peşəkar səviyyədə hazırlanmasında, idarəetmə sisteminin modernləşməsində, hərbi təhsil və təlimlər məsələsində İrəvana dəstək göstəriləcək:

"Amerikalı general onu da deyib ki, bununla bağlı yeni proqramlar hazırlanacaq. Göründüyü kimi, Ermənistan Azərbaycandan nümunə götürərək ordunu NATO strandartları əsasında formalaşdırmaq istəyir. Bu, mürəkkəb prosesdir, kifayət qədər böyük maliyyə tələb edir. Digər tərəfdən, orduda islahatlar aparmaq üçün keçmiş sovet və hazırki Rusiyaya bağlı zabit heyətini dəyişmək lazımdır. Ermənistan hökuməti bu zaman ordu generalları arasında ciddi müqavimətlə üzləşəcək".

Günəş Fərəh,

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar