“Ermənistanın Baş naziri Nikol Paşinyanın komandasından çox az adam kilsəyə qarşı görüləcək tədbirlərdən xəbərdardır”.
Den.az xəbər verir ki, “Joqovurd” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, planı yalnız Paşinyanın özü bilir. Məlumata görə, Ermənistanda 15-ə yaxın dövlət məmuru da məzuniyyətdədir. Qərarın açıqlanması üçün hər kəsin qayıtması gözlənilir.
Qeyd edək ki, iyulun 23-də Ermənistan Baş naziri Nikol Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib. O, katolikosu dəyişdirmək və yenisini seçmək üçün erməni kilsəsinin sadələşdirilmiş nizamnaməsini qəbul etməyi irəli sürüb.(Globalinfo.az)